"Pantomima"da premyera
28 mart 2019 10:52 (UTC +04:00)

"Pantomima"da premyera

Martın 31-də Azərbaycan Dövlət Pantomima Teatrında yeni  - “Xocalı - bu olub” tamaşası oynanılacaq.

 

Teatrdan Lent.az-a  bildirib ki, tamaşa 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar göstəriləcək.

 

Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edəcək.

 

Qeyd edək ki, teatrın bu  tamaşası ilk dəfə fevralın 25-də Bolqarıstanın paytaxtı Sofiyada oynanılıb. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan oyun Xocalı soyqırımının tanıdılması məqsədi daşıyırdı.

# 931
avatar

Oxşar yazılar