928
13:58
27 Mart 2019

Afət Flora Kərimovanı məhkəməyə verir - VİDEO

Müğənni afət Fərmanqızı xalq artisti Flora Kərimova barədə polisə müraciət edəcək.

Bu barədə Lent.az -a açıqlamasında A.Fərmanqızı deyib.

O bildirib ki, bundan sonra onun barəsində neqativ fakir söyləyənləri hüquqi yola cəzalandıracaq:

“Bu günə qədər bir çox bəstəkar mahnıları oxudum, amma çox sağ ol, deyən olmadı. Amma “Pencu şeş” mahnımı oxuyan kimi toylarım artdı. Demək ki, xalq məni sevir. Amma bu sevginin qarşısında məni tənqid və təhqir edən oldu. Artıq hər kəsə cavab verməyəcəm. Məni təhqir edənləri məhkəmə yolu ilə cəzalandıracam. Artıq Flora Kərimova barəsində məhkəməyə müraciət etməyə hazırlaşıram. Bu işlə vəkilim məşğuldur.

“Qayınana” filmi mənim uşaqlıq dünyamın gözəl xatirələri idi. O, mənim bütün xatirələrimi vannaya uzanmaqla puç elədi. O boyda Nəsibə Zeynalovadan sonra xoş olmayan təqdimatı ilə bütün xəyallarımın ütsündən xətt çəkdi ”.

Xatırladaq ki, F.Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər demişdi:

"Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan".