316
13:38
23 Mart 2019

Evlərə qənim kəsilən sabiq məhkum tutuldu

Ağcabədi rayonu ərazisində bir neçə evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
ONA -nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zamin İbrahimov, Roman Əsədov, Röyal Hüseynov və Əlimərdan İsmayılov saxlanılıb. Araşdırmalarla onların 3 000 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.