![[b]İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib[/b]](https://lent.az/storage/news/2019/march/18/big/04080d99913d291a04ca1b91230c59cc.jpg)
[b]İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib[/b]
Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzruini qəbul edib.
ONA xəbər verir ki, Azərbaycana səfərindən məmnun olduğunu bildirən Süheyl Məhəmməd əl-Məzrui Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktumun və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, əməkdaşlığın yeni sahələri, o cümlədən turizm sahəsini əhatə etməsindən məmnunluğunu bildirib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artdığını bildirən Prezident İlham Əliyev bunu dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirdi və qonaqların xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu vurğulayıb.
Azərbaycanla münasibətlərin ölkəsinin xarici siyasətinin gündəliyində duran ən önəmli istiqamətlərdən biri olduğunu deyən Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş investisiya imkanları yaradılmasının ölkəsində yüksək qiymətləndirildiyini bildirib.
Söhbət zamanı “OPEC plus” formatında Bakıda keçirilən tədbirlərin əhəmiyyətinə toxunulub, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji, neft-qaz, neft-kimya, bərpa olunan enerji, müxtəlif iqtisadi layihələr sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48