Məscidlərə hücumlarda istifadə olunan silah daraqlarında<span style="color:red;"> ERMƏNİCƏ YAZI  - <span style="color:red;">FOTOLENT
15 mart 2019 14:19 (UTC +04:00)

Məscidlərə hücumlarda istifadə olunan silah daraqlarında ERMƏNİCƏ YAZI - FOTOLENT

 
Yeni Zelandiyada 2 məscidə edilən hücum zamanı istifadə olunan silah daraqlarında ermənicə yazı olub.
 
ONA-nın məlumatına görə, bu barədə “Daily Mail” yazıb. Hücumu törədən avstraliyalı Brenton Tarrant hadisədən əvvəl silahın və daraqların fotolarını özünün “twitter” səhifəsində paylaşıb. Daraqların üzərində gürcü, rus, erməni və digər dillərdə adlar və digər yazılar olub.
 
Gürcüstanın “Rustavi 2” kanalının yaydığı məlumata görə, daraqların üzərindəki yazılar Davit Aqmaneşebeli və David Soslani adlı 2 gürcü çarının adlarıdır.
 
Brenton Tarrant hücum anını da çəkərək sosial şəbəkələrdə yayıb.
 
Bu gün səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə silahlı hücum olub. Hadisə nəticəsində 49 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Atəş açanlardan biri- Qrafton şəhərinin sakini Brenton Tarrant hazırda axtarışdadır. Hadisədə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.
# 1365
avatar

Oxşar yazılar