![[b]“Ölkəmiz 22 pillə irəliləyib” - Oqtay Əsədov[/b]](https://lent.az/storage/news/2019/march/15/big/ec52f347d21ef10a4d7975238d0a856b.jpg)
[b]“Ölkəmiz 22 pillə irəliləyib” - Oqtay Əsədov[/b]
“2018-ci il ölkəmizin sosial siyasət həyatında ciddi il olub. Ölkə başçısının Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu. Bu islahatların nəticələri göz qarşısındadır. Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib”.
ONA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.
O qeyd edib ki, cari ilin əvvəlində minimum əmək haqları, təqaüdlərin, pensiyaların artırılması və digər sosial məsələlərin həlli həyata keçirilən siyasətin nəticəsidir:
“Aparıcı təşkilatlar bu islahatları yüksək qiymətləndirir. Dünya Bankının hesabatında ölkəmiz əvvəlki hesabatlarla müqayisədə 22 pillə irəliləyib. Digər hesabatlarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bir sıra layihələr yadda qalıb, iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə diqqət daha da artırılıb. Valyuta ehtiyatları ötən il 45 milyard dollara çatıb”.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48