299
19:21
14 Mart 2019

Zirzəmiyə düşən azyaşlı xilas edildi

Gəncədə azyaşlı zirzəmiyə düşüb.
Fövqəladə Hallar Nazirliyindən ONA -ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı qapının kilidlənməsi nəticəsində evin zirzəmisində köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açaraq uşağı aidiyyəti üzrə təhvil veriblər.