![[b]ATƏT sədri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb[/b]](https://lent.az/storage/news/2019/march/05/big/220dd23863dc65c7aad67cd9acb10474.png)
[b]ATƏT sədri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb[/b]
0
0
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb.
ONA-nın məlumatına görə, bu barədə ATƏT-in səfərin yekunu ilə bağlı bəyanatında qeyd olunub. Bildirilir ki, Miroslav Layçakın Bakıda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasında ATƏT-in dəstəyinin davam etdirilməsi vurğulanıb.
ATƏT sədrinin Azərbaycan səfəri başa çatıb.
0
0