
BAMF-nin nümayəndə heyəti BMT İnsan Hüquqları Şurasının iclasında
Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları üzrə 40-cı sessiyasına və sessiya çərçivəsində keçirilən tədbirlərə qatılıb.
Lent.az Eurasia Diary-a istinadən bildirir ki, martın 4-də BAMF-nin prezidenti Umud Mirzəyev, vitse prezident Ramil Əzizov və BAMF prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina BMT-nin 40-cı sessiyası çərçivəsində keçirilən dinləmələrdə iştirak edib. Nümayəndə heyəti bu gün BMT İnsan Hüquqları üzrə Komissarının vətəndaş cəmiyyəti qurumları ilə İllik toplantısında iştirak edəcək, Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun keçirəcəyi “Ərəb regionunda insan haqqları”, eləcə də “Dayanıqlı ətraf mühit üzrə insan haqqları” və “Müharibələrin uşaqlara təsiri” mövzusunda keçiriləcək paralel sessiyalar zamanı aparılacaq müzakirələrə qoşulacaqlar.
Qeyd edək ki, martın 7-də BMT-nin İnsan Hüquqları üzrə 40-cı sessiyası çərçivəsində BAMF-ın Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə BMT-nin Cenevrə ofisində “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda tədbiri keçiriləcək.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48