Müğənni Təranə Qumral küsülü olduğu əməkdar artist Könül Kərimova ilə arxivdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, Təranə fotoya “Könül Kərimova 1996-cı il: toyda” deyə, şərhini qeyd edib. Onun bu paylaşımı sosial şəbəkədə müzakirə olunub.
Qeyd edək ki, müğənnilər arasındakı qalmaqal illərdir ki, davam edir.