580
10:41
04 Mart 2019

Tanınmış teleaparıcımız oğlu ilə birgə ETİRAZa qalxdı - VİDEO

Azərbaycanlı tanınmış teleaparıcı Elçin Əlibəyli İran Səfirliyinin qarşısında aksiya keçirib.

Lent.az -ın məlumatına görə, aparıcı bu barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib. O, aksiyaya oğlu ilə birlikdə qatılıb. E.Əlibəyli aksiya keçirməsinə səbəb kimi İran prezidenti Həsən Ruhanininin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsini göstərib.

Əlibəyli azyaşlı oğlunun və özünün ağzını “İran, sus!” şüarı yazılmış kağızla bağlayıb: “Bəzi ağıllılar yazır ki, bu adam bilmir səfirlik bazar günü işləmir. Çox gözəl bilirəm, amma oğlum yalnız bazar günü boş olur və onu ora aparmaq daha vacib işdir. İstəyirdim o, bunu indidən dərk etsin” deyə, Əlibəyli yazıb.

Qeyd edək ki, aparıcı əvvəlcədən aksiya keçirəcəyi barədə status yazsa da, ona qoşulan olmayıb.