542
13:36
01 Mart 2019

Tanınmış azərbaycanlı aktrisanı şantaj edirlər - Polislə hədələdi

Uzun illərdir Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasovanı şantaj edirlər.

Lent.az -ın məlumatına görə, aktrisa bu barədə sosial şəbəkədə xəbər verib. O bildirib ki, İnstaqramda "melomaniya" adı ilə profil açan bir xanım hər gün ona təhqirlər yazır:

"Bütün yaradıcılığım boyunca uzun illərdir uzaqda da olsam, Azərbaycan əsərlərinin, teatrının tanıtılması üçün əlimdən nə gəlirsə edirəm. Bu, əxlaqsız kimdirsə, Azərbaycan qadınının ləyaqətini, namusunu, əxlaqını heçə sayaraq günlərdir mənə əxlaqsız mesajlar göndərir. Məni döydürməklə təhdid edir.

Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım. Amma sakitləşmir. Tanıdığım biri də deyil. Belə qadınlar Azərbaycan xanımı adına danışıq əxlaqı tərəfdən böyük ləkədir. Lazımi yerlərə şikayət edəcəm".