Bu ilin yanvar ayında Azərbaycana 191,4 min xarici vətəndaş gəlib. Lent.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3 faiz çoxdur.
Əcnəbilər arasında ən çox artım (22 faiz) Gürcüstandan gələnlərdə müşahidə olunub. Artım müşahidə olunan digər yerlər isə Cənubi Asiya və Orta Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9 faiz və 35,4 faiz artım olub.
Ən yüksək artım isə Cənubi Asiya ölkələrindən Pakistan və Hindistana, Mərkəzi Asiya bölgəsinə aid olan Qazaxıstan və Türkmənistana məxsus olub.
Yanvarda bu ölkələrin hər birindən Azərbaycana 2000-dən çox xarici vətəndaş gəlib.