343
17:53
30 İyul 2018

Emin Sabitoğlunun qızı rektor təyin edildi -SƏRƏNCAM

Prezident İlham Əliyev Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, Ceyran Mahmudova Emin Sabitoğlunun qızıdır.