118
19:05
24 İyul 2018

Türkiyədən Azərbaycanda bağlanan məktəblərlə bağlı TƏKLİF

“Azərbaycan FETÖ ilə bağlı bizə ən güclü dəstəyi verən ölkələrin başında gəlir”.

APA -nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarıElmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb: “FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim “Maarif” Vəqfinə verə bilər”.

APA