[b]Rusiya ordusu Ermənistanda təlimlərə başladı[/b]
23 iyul 2018 11:12 (UTC +04:00)

[b]Rusiya ordusu Ermənistanda təlimlərə başladı[/b]

Rusiyanın Ermənistandakı hərbi bazasında 3 mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Cənub Hərbi Dairəsindən bildirilib ki, təlimlər çərçivəsində əsgərlər həyəcan siqnalı ilə ayağa qaldırılıb.

 

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi Kamxud və Alagöz poliqonlarına marş edib. Təlimlərə 500-ə qədər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya  cəlb olunub.

 

 

Havadan bölmələri “MiQ-29” təyyarələri, "Mi-24" və "Mi-8 MTŞ" helikopterləri müşayiət edir.

# 233
avatar

APA Baycan

Oxşar yazılar