228
04:57
04 İyul 2018

Azərbaycanın enerji təminatı bərpa olundu - YENİLƏNİB-4

Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa olunub. APA-nın xəbərinə görə, Bakının bütün rayonlarına, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub.

“Azerenerji” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

***** 23.58

Mingəçevir IES-in 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA -nın xəbərinə görə, Bakının enerji təminatı bərpa olunub, respublikanın əksər şəhər və rayonlarına (ölkənin Cənub, Şimal, Mil-Muğan, Qərb və Qarabağ bölgələrinə) elektrik enerjisinin verilişi təmin olunub.

Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.

**** 21.21

Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA -nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 21:00-da stansiyadan Mingəçevir şəhərinə enerji verilişi bərpa olunub.



Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.

***

Saat 20:24

Bakının əksər rayonlarında və ölkənin şimal rayonlarında enerji təchizatında yaranmış problem aradan qaldırılıb.

APA-nın məlumatına görə, bu barədə Bakı sakinləri sosial şəbəkələrdə yazıblar.

Yaxın dəqiqələrdə paytaxtın digər ərazilərində, həmçinin ölkə ərazisində elektrik enerjisinin təchizatının bərpa olunacağı gözlənilir.