117
12:33
28 İyun 2018

İnsult keçirən meyxanaçı uzun fasilədən sonra efirdə - VİDEO

ARB TV-nin “Səhər-Səhər” kollektivi bu dəfə uzun müddətdir xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Ağakərimi (Kərim Novruzov) ziyarət edib. Lent.az -ın məlumatına görə, uzun zamandır səhhəti ilə əlaqədar efirlərdən uzaq düşən meyxana ustasını həmkarı Ağamirzə və onun tələbələri də tək qoymayıb.

Ağakərim söhbət əsnasında indiki meyxananın bərbad gündə olduğunu deyib:

“Meyxanamız bərbad gündədir. Səbəb isə bisavadların çox olmasıdır. Xanımlarla olan meyxana sırf meyxana olsa, oxuya bilsələr, eybi yoxdur. Qarımı döyən də, döyməyən də çox oldu. Əsaslar isə yanımdadır”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.