129
15:27
27 İyun 2018

Azərbaycanlı müğənni keçirdiyi avtomobil qəzasından danışdı - VİDEO

Müğənni Elton Hüseynəliyev bir müddət öncə keçirdiyi avtomobil qəzasəndan danışıb. Lent.az -ın məlumatına görə, “Xəzər maqazin”ə açıqlama verən ifaçı bildirib ki, keçirdiyi qəza alın yazısı imiş: “Mən bir az şokda idim. Təcili tibbi yardım gəldi. Uzanmışdım və yuxarı baxıb düşünürdüm. Gedirdim bazarlıq etməyə. Amma elə oldu ki, azarlıq etdim. Kəmər bağlı idi. Sürət həddi də çox deyildi. 80-90-a yaxın. Mən həyəcanlı olduğum üçün belə düşünürəm. Amma sonra araşdırmada gördüm ki, sürət 100-ə qədər qalxıb. İndi salamatam, sağlamam, əlimdə çapıq oldu. Bu qəzanın baş verməsində bədnəzər də, Allahdan gələn işarə də var idi”.