[b]Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı[/b]
27 iyun 2018 12:58 (UTC +04:00)

[b]Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı[/b]

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

 

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

 

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

 

 

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

 

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

 

Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

# 266
avatar

APA Baycan

Oxşar yazılar