100
10:55
07 İyun 2018

Azərbaycanda efirdə əlbəyaxa dava düşdü - VİDEO

"ARB” telekanalında yayımlanan "Sirdaş Rövşanə” verilişində dava düşüb.

Lent.az -ın məlumatına görə, proqramda rəqqasələr və idmançılarqonaq olublar. İdmançının "Mən bizim millətə aid olmayan şeyləri bəyənmirəm. Oriental rəqs oynayan görəndə ətim ürpəşir" deməsi rəqqasələri özündən çıxarıb.

Daha sonra söz savaşına çıxan idmançı və rəqqasələrdən biri arasında gərginlik yaşanıb. Rəqqasənin idmançıya "Tərbiyəsizsən" deməsi onu əsəbiləşdirib və o, rəqqasənin üstünə su töküb.

Bundan sonra rəqqasə idmançıya hücum edərək onunla əlbəyaxa davaya çıxıb.

Aparıcı Rövşanə Ağasəfqızı qonaqları sakitləşdirməyə çalışsa da alınmayıb. İdmançı studiyada olan bəzi əşyaları sındırıb.