98
09:59
31 May 2018

Flora Kərimova "Qayınana"lıq edəcək

Xalq artisti Flora Kərimova "Qayınana 2018" filminə çəkilir.

Lent.az -ın məlumatına görə, Caspian Media Group şirkəti tərəfindən istehsal olunan film müasir qayınananın macəralarından bəhs edir. Filmdə muasir qaynanani tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı ve elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur.

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı Imruze Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva , icraçı prodüserləri Azər Həsənov və Omar Abdulkərimov, qrim üzrə rəssamı Sevda Zeynalova, Səbinə İmanovadir. Filmdə Flora Kərimova, Səfa Mirzəhəsənov, Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva , Azum Oqocukvo Joy və başqaları çəkiliblər. Filmdə epizodik səhnələrin birinə dünyaca məşhur "Papito" mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib.