Əhməd Cavadın heç yerdə oxumadığınız şeirləri çap olunacaq - <span style="color:red;">EKSKLÜZİV
30 may 2018 18:13 (UTC +04:00)

Əhməd Cavadın heç yerdə oxumadığınız şeirləri çap olunacaq - EKSKLÜZİV

“Cümhuriyyət və milli istiqlal şairi Əhməd Cavadın indiyə qədər çap olunmayan şeirləri Ankarada kitab şəklində çap ediləcək”.

 

Bunu Lent.az-a açıqlamasında Əhməd Cavadın nəvəsi Anar Axundzadə deyib. Anar Axundzadənin sözlərinə görə, istiqlal şairinin onlarda olan yeganə əlyazması 96 vərəqlik bir dəftərdədir:

“Babamın həmin şeirlərinin indiyə qədər çap edilməməsi atamın buna icazə verməməsi ilə bağlı idi. Atam sağlığında həmin şeirlərin kitab şəklində çapını istəmirdi. Əski əlifba ilə özü də səliqəli xəttlə yazılan həmin şeirlər atamla yoldaşları arasında olan münasibətlərlə bağlı idi. Ona görə də atam istəmirdi ki, həmin şeirlər üzə çıxsın”.

 

Anar Axundzadənin sözlərinə görə, təxminən 80-90 şeirdən ibarət olan həmin dəftərçə Əhməd Cavadın öz dəst-xətti ilə ailənin arxivində qalmış yeganə əlyazmasıdır:

“Ortancıl bacım Vüsalə Ankarada yaşayır. Həmin kitabı çap etdirmək qərarına gəldi və dəftəri Türkiyəyə apardı. Orada kitab şəklində çap etdirmək niyyəti olduğunu bildirdi. Yaxın vaxtlarda həmin şeirlər bir kitabda çap ediləcək”.

 

Qeyd edək ki, Anar Axundzadə Əhməd Cavadın kiçik oğlu Yılmaz Axundzadənin övladıdır.

 

# 765
avatar

Tural TURAN

Oxşar yazılar