113
10:05
28 May 2018

Prezident İlham Əliyev AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət etdi

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.