255
17:14
18 May 2018

Roza sənətə gətirdiyi Sevinc-Sevil barədə: "Anaları yaxşı tərbiyə verməyib"

Müğənni Roza Zərgərli bir zaman sənətə gətirdiyi Sevinc-Sevil Səfərova bacıları barədə danışıb. Lent.az -ın məlumatına görə, R.Zərgərli “Xüsusi layihə” verilişində əkizlər barəsində bu sözləri deyib: “Mən onların həm direktoru, sponsoru, həm də prodüserləri idim. Onların “Youtube” işlərindən tutmuş geyimlərinə qədər hər şeylərini mən edirdim. Onları mən niyə götürdüm? Sən demə bunlar Röya Ayxanın illər öncə konsertində səhnəyə dj kimi çıxıblarmış. Bu qızları dövlət tədbirində gördüm. Həmin tədbirdən 4 ay keçəndən sonra onları layihə kimi işə götürdüm. Mən dünyaya əkiz olaraq gəlmişəm, bacım öldüyünə görə mən onları bacımın əziz xatirəsinə görə götürmüşdüm. O vaxt mən toylara getmirdim, məni toya 10 minə çağıran olanda getmirdim, yerimə onları təklif edirdim. Sadəcə indi onların mənə qarşı belə eləməkləri düzgün deyil. Yəqin ki, onların xahişini edən anası düzgün tərbiyə verməyib”.

Qeyd edək ki, Sevinc-Sevil bacılarını ilk dəfə sənətə “S twins” qrupu adı altında müğənni R.Zərgərli gətirib. Hazırda ifaçılar küsülüdürlər.