59
12:29
18 May 2018

"Səməd, narahat olma" - Oqtay Əsədov

“Azərbaycana qarşıAŞPA-da qəbul edilən sanksiya ilk deyil. Təəssüf ki, adını mətbuat orqanı qoyan bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir”.

APA -nın məlumatına görə, bunu spikerOqtay ƏsədovMilli Məclisin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, belə bir sanksiyaAŞPA-nın AzərbaycanMilli Məclisində keçirilən toplantısında da qəbul olunub: “Amma nə dəyişdi? Heç nə. O vaxtAŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il BakıdaAŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə yenə təsir göstərməyəcək.Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək. Səməd, narahat olma. Sən daha da möhkəm və daha da mübariz ol”.

APA