1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə Azərbaycanda ilk dəfə "Mister və Missis kids" model yarışması keçiriləcək. Lent.az-ın məlumatına görə, yarışmanın təşkilatçısı Sədaqət Rəşidqızının verdiyi məlumata görə, yarışmada 3-14 yaş arası özünə güvənən, yaraşıqlı görünüşü olan qızlar və oğlanlar iştirak edə biləcəklər: “Yarışmaya qatılan hər kəs mükəmməl səhnə tərtibatı, neo texnoloji işıq effektləri, dəbdəbəli podiumun və digər sürprizlərin şahidi olacaqlar. Azərbaycanın ən yaraşıqlı “mister və missis kids”ini siz də tanıyacaqsınız”. Təşkilatçının sözlərinə görə, hazırda müsabiqədə iştirak etmək istəyənlərin müraciətləri başlanılıb və bu günlərdə kastinqlərə start veriləcək.
S.Rəşidqızı deyib ki, yarışma iştirakçılarını sürpriz hədiyyələr, qalibləri isə bahalı mükafatlar gözləyir.