"Qarabağla bağlı parlamentin xüsusi iclası çağırılsın" - TƏKLİF
01 may 2018 13:12 (UTC +04:00)

"Qarabağla bağlı parlamentin xüsusi iclası çağırılsın" - TƏKLİF

 

Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılması təklif olunub.
 
APA-nın məlumatına görə, Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.


Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan deputat qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik”.
 
Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar