147
15:49
24 Aprel 2018

Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi: "Nöqsanlara yol verilib"

AzərbaycanPrezident Administrasiyasının rəhbəriRamiz Mehdiyevbu günDiasporla İş üzrə Dövlət Komitəsinin yeni sədriFuad Muradovu kollektivə təqdim edib.

Komitənin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, yeni sədr haqqında qısa məlumat verənRamiz Mehdiyevbildirib ki, prezidentİlham ƏliyevFuad Muradovla görüşərək ona konkret tapşırıqlarını verib.

O deyib ki, gənc və perspektivli kadr olanFuad MuradovunDiasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.

Daha sonra Dövlət Komitəsi barədə danışan R. Mehdiyev qurumun fəaliyyətini tənqid edib, müəyyən nöqsanlara yol verildiyini vurğulayıb.

O, F. Muradovun rəhbərliyi ilə indiyədək yol verilmiş nöqsanların aradan qaldırılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidentiİlham Əliyevin sərəncamı iləDiasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilənFuad MuradovMilli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır

APA