
“Əl-İttihad” qəzeti Azərbaycan prezidentinə yazı həsr etdi
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” qəzetində “Əliyev: Konflikt və toqquşmalardan uğurlara doğru gedən Azərbaycan” sərlöhvəli məqalə dərc olunub.
Azərbaycanın bu ölkədəki səfirliyindən Lent.az-a verilən xəbərə görə, prezident seçkilərində dördüncü dəfə ardıcıl qələbə qazanan İlham Əliyevin “Azərbaycan xalqı sabitlik, təhlükəsizlik və inkişafa səs verdi” ifadəsi ilə başlayan məqalədə Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə İlham Əliyevin böyük səs çoxluğu ilə seçkilərdə yenidən qələbə qazandığı bildirilib və ilkin nəticələrin elan olunmasından sonra kütlənin Bakı küçələrinə axışaraq, İlham Əliyevin qələbəsini böyük sevinc hissi ilə qeyd etdiyi qeyd olunub. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın dördüncü prezidenti olan İlham Əliyevin həyatı və keçdiyi müxtəlif mərhələlərdən bəhs edən müəllif onun ilk dəfə 2003-cü ildə Prezident seçildiyini, daha sonra 2008 və 2013-cü illərdə böyük səs çoxluğu ilə təkrar seçkilərdə qalib gəldiyini oxucularının diqqətinə çatdırıb, 2009 və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumlarında da İlham Əliyevin qələbə qazandığını və Azərbaycan xalqının ona dəstək və etimad göstərdiyini vurğulayıb. Mərkəzi Seçki Komissiyasının açıqladğı rəqəmlərə istinad edən müəllif seçkilərdə 900-ə yaxın əcnəbi müşahidəçinin, 74.5% seçicinin iştirak etdiyini bildirib, İlham Əliyevin 86.3% səslə digər namizədlər üzərində parlaq qələbə qazandığını qeyd edərək, onun 2025-ci ilə qədər yenidən Azərbaycana rəhbərlik edəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın çox böyük iqtisadi və sosial uğurlar əldə etdiyini bildirən müəllif 10 milyon əhalisi olan Azərbaycanın ümumdaxili məhsulunun 5 dəfə artdığını qeyd edib. Ölkə iqtisadiyyatının şaxələndirmə platforması üzərində qurulduğunu qeyd edən müəllif Xəzərin Azərbaycan hövzəsindən çıxarılan xam neftin illik 50 mln. tonunun Avropa bazarlarına nəqlini reallaşdıran Bakı-TbilisCeyhan əsas ixrac neft boru kəmərinin 2006-cı ilin may ayında istifadəyə verilməsindən sonra Azərbaycanın dünya enerji xəritəsində əsas faktorlardan birinə çevrildiyini vurğulayıb, bununla yanaşı, ölkədə bank sektorunun, turizm, kənd təsərrüfatı, infrastruktur, nəqliyyat, xidmət və inşaat sektorlarında da xüsusi canlanma və sıçrayışa nail olunduğunu bildirib.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın Rusiya, Qərb, Türkiyə, İran və Çin ilə balanslı əlaqələr yaratdığını vurğulayan müəllif bü gün rəsmi Bakının həmin ölkələrlə tarazlı və bərabərhüquqlu əlaqələrə malik olduğunu və bu ölkələrin etibarlı tərəfdaşına çevrildiyini bildirib və bununla da Azərbaycanın nəhəng iqtisadi və sosial uğurlara və nailiyyətlərə doğru irəlilədiyini vurğulayıb.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23