[b]Ərdoğan Azərbaycan prezidentini təbrik etdi[/b]
11 aprel 2018 23:56 (UTC +04:00)

[b]Ərdoğan Azərbaycan prezidentini təbrik etdi[/b]

Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

APA-nın məlumatına görə, Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

 

Azərbaycan prezidenti  göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar