Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib.
56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb. Daha sonra kişi eyni silahla öz həyatına son qoyub. Cütlüyün 4 övladının olduğu bildirilir.
Ərazidə aparılan baxışdan sonra meyitlər Kahramanmaraş Məhkəmə-Tibb İnstitutunun morquna aparılıb.
Faktla bağlı araşdırma başlanıb.
_1788600882.jpg)