Nazpərinin bacısı şəxsi həyatı barədə:<span style="color:red;"> "Evdən qaçdım..."  - <span style="color:red;">VİDEO
09 aprel 2018 16:25 (UTC +04:00)

Nazpərinin bacısı şəxsi həyatı barədə: "Evdən qaçdım..." - VİDEO

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Boş anlar” verilişinə açıqlama verən ifaçı bildirib ki, evliliyi uğursuz olub: “Dedilər ki, bu qız bizimdir. Bu barədə heç anlayışım da yox idi. 5-ci sinifdə ailə qurmaq mənə çatmır. Elə sevinirdim ki, nişanlım gəlib. O dövrdə belə idi. Mən sonradan dərk etdim ki, mənim həyat yoldaşım məndən zəhmli, sözü keçən, artıq pul qazanan, dərrakəli insan olmalıdır. 10-cu sinifdə toy edəndə gəlinlik paltarı geyinmədim. Evdən də qaçdım, qalmadım. Məni başa düşdülər. Nişanlım əmim oğlu idi. Sonra onu özümüz evləndirdik. İndi ailəsi də var, uşağı da, nəvələri də var. O da məni başa düşdü. Dedim ki, sən mənlik deyilsən, zəifsən. Elə bil ki, əmiqızı kimi məni əzizləyirdi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar