108
15:03
04 Aprel 2018

Moskvada uşaq əyləncə mərkəzi yanır

Bu dəqiqələrdə Rusiyanın paytaxtı Moskvada "Persey dlya detey” uşaq əyləncə mərkəzi yanır. Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, 300 nəfər mərkəzdən təxliyə edilib. İlkin məlumata görə, ticarət mərkəzinin bir əməkdaşı həlak olub, 3 yanğınsöndürən yaralanıb.

Yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkirlər.