Bülent Ersoy xəstəxanaya düşdü
01 aprel 2018 11:15 (UTC +04:00)

Bülent Ersoy xəstəxanaya düşdü

Müğənni Bülent Ersoy xəstəxanaya yerləşdirilib.

 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəbəri prodüser Osmantan Erkır İnstaqram hesabında yazıb:

 

“Qiymətlimiz, sevimli Bülent Ersoyumuza şəfa diləyirəm. Ümid edək ki, tezliklə aramızda olacaq. Bülent xanımın həkiminin açıqlamasını gözləyirik”.

 

Bülent Ersoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müalicəsini yataq rejimində davam etdirən Ersoyun olduğu mərtəbə boşaldılaraq digər xəstələr başqa palatalara köçürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar