<b>Atasının ölümündən 4 gün sonra “Maşın şou”ya çıxan  Vüqar: <span style="color:red;">“Matəm deyildi ki”</b>
07 mart 2018 16:13 (UTC +04:00)

Atasının ölümündən 4 gün sonra “Maşın şou”ya çıxan Vüqar: “Matəm deyildi ki”

Atası dünyasını dəyişəndən 4 gün sonra “Maşın şou”ya qatılan meyxanaçı Vüqar Əbdülov ilk dəfə olaraq ona yazılan tənqidi şərhlərdən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı atasının ölümündən bir neçə gün sonra realiti şouda iştirak etməsini qınayanlara bu cür cavab verib: “Məni tənqid edən insanlar atamı məndən çox istəyə bilməz. Xeyirlə şər qardaşdır. Yəni hamımızın şəri, xeyri var. Bu belə bir şeydir ki, heç kim ölüsünü dəfn edəndən sonra qəbrin üstündə qalmır, hamı işinə gücünə gedir. Sadəcə bizim işimiz efirlə olduğuna görə, müzakirə olunuruq. Elə olur ki, 1 ay öncə camaat toyunu danışıb, insanların gözünü yolda qoya bilmərik.  Bunu tamaşaçı niyə dərk etmir ki? Həyat davam edir,  bir gün yaranan, bir gün getməlidir. Mən atamın 3-nü, cümə axşamlarını, da verdim. Sonra getdim “Maşın şou”ya 40 mərasimini də verdim. Məni tənqid edən insan başa düşsün ki, hər evdə belə bir hadisə olacaq. Bilmək olmaz ki, kimin ölümü xəbərsiz gələcək. Bu tənqidə boş söz kimi yanaşıram. Mən o vaxt tənqidi qəbul edərdim ki, həqiqətən də ağır bir gündə, məsələn matəm elan olunmuş bir gündə mən efirə çıxsaydım, özümü bağışlamazdım”.

 

Qeyd edək ki, V.Əbdülovun atası Arif Əbdülov ötən ilin oktyabr ayında dünyasını dəyişmişdi. Meyxanaçının həmin ərəfələrdə “Maşın şou”ya qatılması birmənalı qarşılanmamışdı.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar