<span style="color:red;"><b>Natavan : "Aygünlə küsülü olmağımın səbəbkarı Röya olub"</b>
29 yanvar 2018 11:07 (UTC +04:00)

Natavan: "Aygünlə küsülü olmağımın səbəbkarı Röya olub"

 Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımova ilə barışığı barədə danışıb. Lent.az-ın məlumatına görə,  “ATV maqazin onlarla” verilişinin qonağı olan ifaçı bildirib ki, onların küsülü olmalarına səbəb Röya Ayxan olub: “Hamı istəyir bizim münasibətimiz olsun. Münasibət səmimi olmalıdır. Biz nə vaxt ikimiz buna gəlsək, söhbətimizi etsək, düzələcək. Aramızda bağlanmayan söhbət var. İllərdir görüşmürük biz. İndi içimə açıb baxa bilən olsaydı, görərdi, mən Aygün Kazımovaya hansı hissləri bəsləyirəm: doğru, dürüst. Adamın düşməni də kişi kimi olmalıdır.  “W-trio” vaxtında birlikdə konsertlərimiz, qastrollarımız olub. Həmişə onun yanında tək mən oturmuşam. Məni o birilərdən seçirdi. Mən onunla yaxın olmuşam. Şəxsi həyatla bağlı məsləhət istəyirdim, verirdi. Böyük bacı kimi məsləhət verirdi mənə. Düşmənçilik Röyaya görə oldu. Sən demə, Röya ilə bunun münasibəti pis olduğu üçün məni də pis bilib. Onların söhbətinin badına getdim. O düşmənçilik boş yerdə başladı”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar