43
11:28
30 İyun 2017

Rafiq Hüseynov Türkiyədə əməliyyat olundu

Xalq artisti, məşhur diktorRafiq Hüseynov Türkiyədə əməliyyat olunub.

Rafiq Hüseynov APA -ya bildirib ki, növbəti əməliyyat bağırsağında aparılıb:“Özümü son vaxtlar pis hiss edirdim. Bakıda bir müddət xəstəxanada yatdım. Bu, onkoloji problemlə bağlı deyildi. Məsləhətoldu ki, növbəti dəfə Türkiyədə müayinədən keçim.Burdahəkimlər əməliyyatı vacib hesab etdilər".

R. Hüseynov əlavə edib ki, hazırda səhhəti normal qiymətləndirilir:"Hələlikxəstəxanadayam. Əməliyyatdan yeni çıxmışam. Həkimlər yenə müayinə edəcəklər, hər şey yaxşı olsa və icazə versələr, bazar günü Bakıya qayıdacağam”.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.

APA