<b>ABŞ şirkəti Azərbaycanda exit-poll keçirir</b>
26 sentyabr 2016 10:43 (UTC +04:00)

ABŞ şirkəti Azərbaycanda exit-poll keçirir

 

ABŞ-ın "Artur J.Finkelsteinand Associates” (AJF) şirkəti və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycandakı ümumxalq səsverməsində (referendum) "exit-poll" keçirir.

 

APA-nın xəbərinə görə, səhər saat 08.00-dan etibarən Bakıda AJF-in informasiya mərkəzi işə başlayıb.

 

Ölkənin hər yerindən "exit-poll"un nəticələri bu mərkəzə daxil olacaq. Prosesə 930 işçi cəlb olunub. Şirkət ölkə üzrə 100 dairə, 450 məntəqədə "exit-poll" keçirir.

 

Məlumatlar hər 3 saatdan bir informasiya mərkəzinə daxil olacaq.

 

AJF "exit-poll"un yekun nəticələrini saat 20.00-da açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar