Şəbnəm Tovuzlu ilə bağlı yeni qalmaqal: "Kimsədən qorxum yoxdur"

Bir müddətdir adı qalmaqallı hadisələrdə hallanan müğənni Şəbnəm Tovuzlu haqqında yeni ittiham irəli sürülüb.
Lent.az bildirir ki, moderator.az saytında onun rayonların birinin icra başçısı ilə sevgili olduğu haqda xəbər yayılıb. Məlumatda qeyd olunur ki, bu icra başçısı əvvəllər musiqiçi olub, toylarda sintezator ifaçısı kimi çıxış edib və ailəlidir.
Şəbnəm Tovuzlu qafqazinfo-ya açıqlamasında adını icra başçısı ilə hallandıranlara sərt şəkildə cavab verib: “Ötən həftə canlı yayımda demişdim ki, bəzi rekert jurnalistlər məni hədəf seçirlər. Bu da dediklərimin sübutudur. Onlar şər və iftira dolu xəbərlər yazmaqla reytinq əldə etməyə can atır. Görün bu sifarişli yazılar yazan necə savadsızdır ki, hansısa icra başçısını keçmiş sintezator ifaçısı kimi qələmə verir. Xəbərin ən gülməli yeri məhz budur. Əgər əllərində fakt varsa, ad açıqlasınlar.
Kimsədən qorxum yoxdur. Və utanacaq heç bir hərəkət də etməmişəm. O, dırnaqarası jurnalisti Allaha tapşırıram. Müqəddəs Ramazan ayında şayiə yaymağın özü də bir günahdır. Heç olmasa bu ayda günah etməkdən çəkinsinlər”.

Oxşar yazılar

"Keçmiş xanımım ailə qursa, uşağımı..." - VİDEO
27 yanvar 2021 , 11:49
Mənzurə keçmiş həyat yoldaşından danışdı: "Barışmaq üçün yalvarır"
27 yanvar 2021 , 10:10
"Hərənin dağ boyda dərdi var" - Zümrüd Qasımova
27 yanvar 2021 , 09:11
Elza Seyidcahan CANLI YAYIMDA
26 yanvar 2021 , 15:01
Mətanət indi bu kanalda aparıcılıq edəcək
26 yanvar 2021 , 10:52
"Qeyri-qanuni uşaq dünyaya gətirirlər, məsləhət verirlər" - Elza
26 yanvar 2021 , 09:07
Yataq xəstəsi olan Rəmişin SON HALI - FOTO
25 yanvar 2021 , 12:15
Prodüser Tolikə AĞIR İTKİ
25 yanvar 2021 , 11:59