Bu ölkədə 3000 hamilə qadın Zika virusuna yoluxub
07 fevral 2016 03:23 (UTC +04:00)

Bu ölkədə 3000 hamilə qadın Zika virusuna yoluxub

Kolumbiyada 3177 çox hamilə qadında Zika virusu aşkarlanıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə, ümumilikdə, 25600 nəfərdə təhlükəli virusun aşkarlandığını bildirib.  

 

Qeyd edək ki, ötən gün hamilə qadının Zika virusuna yoluxması halı ilk dəfə olaraq Avropada qeydə alınıb.   

 

Xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan Zika virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.  

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  3-4 mln insanın Zika virusuna yoluxacağını proqnozlaşdırır.

 

Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir.

# 201
avatar

Oxşar yazılar