Aygün Kazımova bu işi ad günündə etməli idi, amma...
30 mart 2015 16:53 (UTC +04:00)

Aygün Kazımova bu işi ad günündə etməli idi, amma...

Şair-bəstəkar Tural Bayraməliyev dostlarının əhatəsində doğum gününü qeyd edib. Lent.az-ın məlumatına görə, onun xoş gününə xalq artisti Aygün Kazımova, əməkdar artist Almaz Ələsgərli, müğənnilər Nadir Qafarzadə, Elçin Cəfərov, Abdul Xalid, Niyam Salami, Yaşar Yusub, Boris Bayramov, rejissor Aqil M.Quliyev, aparıcılar Zaur Nəbioğlu, Cavid Gül, prodüser Təranə Səmədova və başqaları qatılıb.

 

A.Kazımova gecədə ilk dəfə olaraq həmkarı Elçin Cəfərovla ifa etdiyi dueti təqdim edib. Təqdimat mərasiminə özəl olaraq İstanbuldan təşrif buyuran xalq artisti qonaqlar qarşısında çıxış edərək Tural Bayraməliyevə bu sözləri deyib: “İlk əvvəl onu deyim ki, bu, Turalla ikinci işbirliyimizdir. "Unutmuşam" mahnısını məhz Elçin Cəfərovla birgə oxumağımızın təşəbbüskarı, sevimli radio-dj dostumuz Kazım Sübhandır. O, bəstəni mənə dinlədəndə qəti şəkildə etiraz etmişdim ki, mən həddindən-ziyadə insanı yandıran, acı sevgini sərgiləyən musiqini ifa edə bilmərəm. Fikrimdən döndərən əsas hadisə Kazımla Elçinin İstanbulda olduğum zaman Türkiyəyə gəlişləri oldu. Onlar mənə sürpriz etdilər. Biz mahnının yüksək səviyyədə ərsəyə gəlməsi üçün qardaş ölkənin "Maestro müzik" şirkəti ilə əməkdaşlıq etməyə qərar verdik. "Unutmuşam" bütünlüklə türk musiqiçilərinin zəhməti hesabına hazırlandı. Əslində bu yaradıcı işimiz yanvarın 26-da mənim ad günümdə təqdim olunmalı idi. Daha sonra Kazım təklif etdi ki, təqdimatı məhz Turalın ad günündə edək. Cəmi iki gündür duetimiz "YouTube"da yayımlansa da, yetərincə dinləyici marağına səbəb olub. Demək, çəkdiyimiz zəhmət boşuna getmədi. Onu da vurğulayım ki, bu, Elçinlə ilk duetimiz olsa da, yaradıcı işbirliyimizin davamı var. Sürprizlərə hazır olun".

 

 Daha sonra E.Cəfərov öz fikirlərini bölüşüb: "Aygün Kazımova ilə duet oxumağın özü bir nailiyyətdir. Tural Bayraməliyevə, Kazım Sübhana təşəkkür edirəm ki, Aygün xanımın duet ortağı kimi məni seçdilər. Bacardığımdan artıq çalışdım ki, bu duet mükəmməl şəkildə tamamlansın”.

 

Məlumat üçün bildirək ki, bu vaxta qədər Tural Bayraməliyevin müəllifi olduğu mahnıları xalq artistləri - Nisə Qasımova, Flora Kərimova, Brilliant Dadaşova, əməkdar artistlər - Aygün Bəylər, Almaz Ələsgərova, Abbas Bağırov, müğənnilər - Nadir Qafarzadə,  Ayan Babakişiyeva, Niyam Salami, Yaşar Yusub və başqaları ifa ediblər.

 

 

Fotoların müəllifi Niko Abbasovdur.

 

# 842
avatar

Yalçın UĞUR

Oxşar yazılar