Binəqədidə əlil ailələrinə baş çəkilib
03 dekabr 2014 17:09 (UTC +04:00)

Binəqədidə əlil ailələrinə baş çəkilib

Beynəlxalq Əlillər günü Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.

Lent.az-ın məlumatına görə, görüşdə  Binəqədi  Rayon  İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları  iştirak ediblər.  Görüş zamanı Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olmuş  və ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib.

A. Əliyeva  əlil ailələrinin problemlərini dinləmiş və  onlara  Binəqədi  Rayon  İcra Hakimiyyətinin hədiyyə və  yardım sovqatını təqdim edib.

Ümumillikdə, Binəqədi  Rayon  İcra Hakimiyyəti tərəfindən  Rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və  yardım sovqatı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar