Norveçdə İkinci Dünya müharibəsindən sonra bir ilk
19 iyul 2026 16:33 (UTC +04:00)

Norveçdə İkinci Dünya müharibəsindən sonra bir ilk

0

Norveçdə İkinci Dünya müharibəsindən sonra ən böyük yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Oslo şəhərindən 50 kilometr qərbdə yerləşən Krokstadelva qəsəbəsində artıq 100-dən çox yaşayış evi yanıb və yanğın yaxınlıqdakı meşə massivinə yayılıb.

Yanğının söndürülməsinə 12 yanğınsöndürən maşın və iki helikopter cəlb edilib. Daha dörd helikopter də əraziyə göndəriləcək. İndiyə qədər 400 yerli sakin təxliyə olunub. On nəfər tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, iyulun əvvəlində müşahidə olunan ekstremal isti və quraq hava şəraiti fonunda İspaniya, Fransa, Portuqaliya və Yunanıstanda da genişmiqyaslı meşə yanğınları baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1036

Oxşar yazılar