TQDK-dan buraxılış imtahanı AÇIQLAMASI
19 iyun 2014 13:01 (UTC +04:00)

TQDK-dan buraxılış imtahanı AÇIQLAMASI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib.

 

İmtahanlar Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında baş tutub.

 

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub. Sabahdan başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416

Oxşar yazılar