Sankt-Peterburqda üç azərbaycanlıya hökm oxundu
19 fevral 2013 12:43 (UTC +04:00)

Sankt-Peterburqda üç azərbaycanlıya hökm oxundu

Sankt-Peterburq məhkəməsi 2007-2009-cu illərdə şəhərdə fəaliyyət göstərmiş cinayətkar qrupun üç azərbaycanlı üzvü haqqında hökm çıxarıb.

 

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Gəray və Məhəmmədəli Abdıyevlər və onların qardaşı oğlu Vüqar Abdıyev 2007-2009-cu illərdə Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti göstərən azərbaycanlılar üzərində kriminal nəzarət yaratmaq üçün çoxsaylı ağır cinayətlər, o cümlədən adam oğurluğu törədiblər.

 

Cinayətkar qrupun rəhbəri olan Gəray Abdıyev vaxtilə Azərbaycanda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD - OMON) əməkdaşı olub. Dəstə üzvləri banditizm, adam öldürmə, xuliqanlıq, qarət, möhtəkirlik, adam oğurluğu, qanunsuz silah gəzdirmə və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunublar. Məhkəmənin hökmü ilə cəzalarını ciddi rejimli islah-əmək müəssisəsində çəkməklə Gəray və Məhəmmədəli Abdıyevlərin hər biri 12 il, Vüqar Abdıyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

# 1324
avatar

Oxşar yazılar