Space telekanalının efirində yeni serial yayımlanacaq. Lent.az-ın məlumatına görə, 3 məşhur sima, 3 aktrisa, 3 aparıcı - əməkdar artist Dilarə Əliyeva, əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol aldığı “Üç bacı” serialı komediya janrındadır.
Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. “Üç bacı”dan başqa serialda məşhur simalar, aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, xalq artisti Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova və türkiyəli vətəndaş Hakan Ərsan rol alıb.
Serialın ssenari müəllifi, “Yalan-Doğru” verilişinin aparıcısı kimi tanıdığınız Vüqar Hüseynovdur. Qeyd edək ki, serialda ssenari müəllifi özü də rol alıb.
Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir. “SOY production”un layihəsi olan serialın quruluşçu operatoru Güney Azərbaycandan olan Aydin Şirinsifət, quruluşçu rəssamı Emil Mirzəyevdir. Serialın təqdimatı üçün hazırlanan fotosessiya isə məşhur fotoqraf Zaur Zamanın əl işidir.
“Üç bacı” noyabrda Space-in efirində olacaq.
Jalə
Yeni serial gəlir –

Oxşar yazılar

İbrahim Borçalı mərhum oğlunu belə təbrik etdi - VİDEO
17 avqust 2022 , 14:27
Sevda makiyajsız belə görünür - VİDEO
17 avqust 2022 , 12:51
Bu da 41 yaşlı aktrisadan bikinili FOTO
17 avqust 2022 , 10:51
Roza Zərgərli: "Corcu döymək həddinə çatmışdım..."
16 avqust 2022 , 19:58
Bu səhnəyə görə kanaldan ŞİKAYƏT EDİLDİ
16 avqust 2022 , 19:27
Elzadan Rasim Balayevə CAVAB -VİDEO
16 avqust 2022 , 19:11
Damla məşhur repçi ilə duet oxuyacaq - EKSKLÜZİV
16 avqust 2022 , 13:14
Roza bikinisini belə gizlətdi - FOTO
16 avqust 2022 , 11:42