Rəhim Rəhimli dəfn edildi - VİDEO  - YENİLƏNİB
30 sentyabr 2022 13:55 (UTC +04:00)

Rəhim Rəhimli dəfn edildi - VİDEO - YENİLƏNİB

 

 

Müğənni Rəhim Rəhimli ilə öz evində vida mərasimi keçirilib.

Lent.az xəbər verir ki, mərasimdən sonra cənazəsi dəfn olunmaq üçün Suraxanı rayonu Bülbülə qəsəbəsinə aparılıb.

Dəfn mərasimində Rəhim Rəhimlinin ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***
Saat: 13:25

Mərhum müğənni Rəhim Rəhimli evindən son mənzilə yola salınıb.

Lent.az görüntüləri təqdim edir:

***
Saat: 12:35

Rəhim Rəhimli ilə vida mərasiminə onun sənət yoldaşları da qatılıb.

Lent.az xəbər verir ki, mərasimdə Xalq artisti Aygün Kazımova, müğənnilər, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Niyam Salami, Elza Seyidcahan, aparıcı Kamilə Babayeva, bəstəkar-aparıcı Murad Arif, aparıcı Zümrüd Bədəlova və başqaları iştirak ediblər.

***
Saat: 10:35

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi Rəhim Rəhimli bu gün gecə saatlarında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, o, gecə Mərdanov qardaşları küçəsi 3-də yerləşən anası ilə yaşadığı mənzilində dünyasını dəyişib.

Yaxın dostu, qonşusu Mirzə Məmmədov onunla bağlı xatirələrini Lent.az-a bölüşüb:

“Mən Rəhimin üst qonşusuyam. 1997-ci ildən bəri tanıyıram onu. Gecə 3-də qardaşı Anar ilə danışdım, dedi ki, rəhmətə gedib. Məşhurlardan bir neçəsi gecə gəldilər, anasının yanında oldular. Səhər 6-7-də gediblər. 

Yadımdadır, mənim üçün Türkiyədən yaşıl rəngdə rolik alıb gətirmişdi. Sevinmişdim onda. Belə çox xatirələrimiz olub, hansını deyim? Deyirdi ki, qapının bir yanına sənin heykəlini qoyaq, bir yanına mənim(gülür).

Xəstəlikdən uzun müddət əziyyət çəkirdi. Müalicə alırdı. Allah rəhmət eləsin”.

Qeyd edək ki, mərhum ifaçı bu gün saat 12-də, dədə-baba torpağı Bülbülə qəbiristanlığında dəfn olunacaq.

***
Saat: 09:45

Ötən gecə dünyasını dəyişən müğənni Rəhim Rəhimli son mənzilə yola salınır. 

Lent.az-ın məlumatına görə, vida mərasimi müğənninin Bakının Səbail rayonunda yerləşən mənzilində keçirilir. 

Vida mərasimində mərhumun yaxınları və tanınmış sənət adamları işrtirak edir. 

R.Rəhimli bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn ediləcək. 

# 27294
avatar

Nigar Namiq

Oxşar yazılar

Əbədi məşəldə  kolbasa qızartdı   və… - VİDEO

Əbədi məşəldə kolbasa qızartdı və… - VİDEO

29 noyabr 2022 , 19:39
Güney Azərbaycan Milli Hərəkatı xalqa MÜRACİƏT ETDİ  - VİDEO

Güney Azərbaycan Milli Hərəkatı xalqa MÜRACİƏT ETDİ - VİDEO

29 noyabr 2022 , 13:26
Təbrizdə milli mücadilə bayrağı  DALĞALANIR - VİDEO

Təbrizdə milli mücadilə bayrağı DALĞALANIR - VİDEO

29 noyabr 2022 , 11:35
Tehran küçələri hazırda: "Diktarora ölüm"  - VİDEO

Tehran küçələri hazırda: "Diktarora ölüm" - VİDEO

29 noyabr 2022 , 09:24
Komediyaçı onu məhv etmək istəyən Lukaşenkonu ələ saldı -  VİDEO

Komediyaçı onu məhv etmək istəyən Lukaşenkonu ələ saldı - VİDEO

28 noyabr 2022 , 19:21
 ŞOK!   Tələbələr cipsi aldı, içindən siçan ölüsü çıxdı - VİDEO

ŞOK! Tələbələr cipsi aldı, içindən siçan ölüsü çıxdı - VİDEO

28 noyabr 2022 , 16:06
Zülmə etiraz edən qadın görün MOLLAYA NƏ ETDİ? - VİDEO

Zülmə etiraz edən qadın görün MOLLAYA NƏ ETDİ? - VİDEO

28 noyabr 2022 , 09:54
Yedirib sağaltdığı qarğa hər gün EVİNƏ GƏLİR -  VİDEO

Yedirib sağaltdığı qarğa hər gün EVİNƏ GƏLİR - VİDEO

27 noyabr 2022 , 15:49