Keçilər polis maşınına girib sənədləri yedi - VİDEO
31 avqust 2022 14:55 (UTC +04:00)

Keçilər polis maşınına girib sənədləri yedi - VİDEO

ABŞ-da keçilər şerif müavinin sənədlərini yeyib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Alabama şerifinin müavini Casey Trouer, keçilərin polis maşınına minərək vacib sənədləri yediyini aşkar edib. 

Hadisə avqustun 26-da səhər tezdən baş verib. Trouer məhkəmə sənədlərinin ünvana çatdırmaq üçün yola çıxıb. O, unutduğundan maşının qapısını açıq qoyub.

Bundan sonra ərazidə olan keçilərdən biri polis maşının mühərrikxanasının üstünə çıxıb. Digəri isə başını salona soxaraq, məhkəmə sənədlərini yeyib.

Bu barədə polisə xəbər verilib və keçilər qovulub.

Keçilər polis maşınına girib sənədləri yedi

# 2535
avatar

Oxşar yazılar