İrəvandakı partlayışda ölənlərin sayı 16-ya çatdı -  VİDEO   -YENİLƏNİB
16 avqust 2022 09:01 (UTC +04:00)

İrəvandakı partlayışda ölənlərin sayı 16-ya çatdı - VİDEO -YENİLƏNİB

İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 16 nəfər, o cümlədən hamilə qadın və azyaşlı uşaq dünyasını dəyişib. Ölən 10 nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xilasedicilər dağıntılar altından uşaq meyitini tapıblar, Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 62 nəfərdir.

***

03:07

İrəvanın “Surmalu” Ticarət Mərkəzindəki yanğında ölənlərin sayə 10-a çatıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənsitan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam edir.

Hazırda itkin düşən vətəndaşların ümumi sayı 18-dir.

***

Saat 02:19

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir nəfərin meyit çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

Bununla da yanğında ölənlərin sayı 8 nəfərə çatıb.

İtkin düşən şəxslərin sayı isə 22 nəfərdir.
***

15.08.2022

Saat 19:40

Xilasedicilər İrəvandakı "Surmalu" ticarət mərkəzinin dağıntıları altından daha bir cəsədi çıxarıblar.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

“Hazırda 7 nəfər ölüb. Axtarış-xilasetmə əməliyyatları davam edir”.

***

09:21

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun bildirdiyinə görə, 18 nəfərin taleyi barədə məlumat yoxdur, xəstəxanalarda 23 nəfər müalicə alır.

***

07:48

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan “Facebook” səhifəsində məlumat verib.

Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.

Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.

Hadisə ilə bağlı cinayət işi açılıb.

***

Tarix 14.08.2022

Saaat 22:44

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.

Lent.az xəbər verir bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından bir qadının meyiti çıxarılıb.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

***

Saat 20:21

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 60 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.

***

Saat 18:09

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.

***

saat 17.17

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ticarət mərkəzinin binasının üç tərəfindən uçmaq təhlükəsi var. Pirotexnika mallar hələ də partlamağa davam edir.

***

saat 15.51

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.

***

saat 14.58

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

Lent.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.

İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

***

saat 14.17

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var.

İrəvanda ticarət mərkəzində partlayış

# 15546
avatar

Oxşar yazılar